Avstriyada oxumaq istəyirsənsə, əsas şərtlər burada: attestatla qəbul, viza üçün pul, universitetlər, təqaüdlər və son müraciət tarixləri. Hər məlumatı rəsmi səhifədən götürmüşük, mənbələr səhifənin sonundadır.
Attestatla Avstriyada oxumaq olar?
Hazırlıq kursu və ya imtahan lazımdır
Avstriya qanununa görə 12 ildən az məktəb təhsili əsaslı fərq sayılır, ona görə 11 illik attestatla qəbuldan əvvəl əlavə imtahanlar verməli olursan. Məsələn, TU Wien alman dili, riyaziyyat, kimya və ya fizikadan imtahan təyin edə bilər, bunları Vyana universitetlərinin hazırlıq kursunda verirsən. TU Wien, WU və Qraz Universiteti DİM-in qəbul imtahanının nəticəsini də istəyir.
Magistratura üçün bakalavr diplomu necə tanınır?
Bakalavr diplomunu universitet özü qiymətləndirir. Sənədlərə apostil və təsdiqli tərcümə lazımdır.
Viza üçün bankda nə qədər pul lazımdır?
722,58 EUR ayda
ildə təxminən 8 671 EUR
24 yaşa qədər ayda 722,58 avro, 24 yaşdan sonra ayda 1 308,39 avro. Vəsait 12 ay üçün göstərilir (2026-cı ilin rəqəmləri).
Vizaya baxılma müddəti: Yaşayış icazəsinə 90 gün ərzində qərar verilir, sənəd çatmasa, bu müddət daha 90 gün uzana bilər. Gəlişdən ən azı 3 ay, yaxşısı 6 ay əvvəl müraciət et.
Rəsmi mənbəyə görə tələbənin aylıq xərci: təxminən 1 300 EUR.
Oxuyarkən işləmək olar?
Həftədə 20 saata qədər işləyə bilərsən. İşə başlamazdan əvvəl işəgötürən AMS-dən iş icazəsi almalıdır.
Məzun olandan sonra qalmaq olar?
Məzun olandan sonra iş axtarmaq və ya biznes açmaq üçün tələbə icazəni 12 ay uzatmaq olar. Sonra Qırmızı-Ağ-Qırmızı Kart və ya Aİ Mavi Kartı kimi icazəyə keçmək mümkündür.